“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutan “Aris”lə (Yunanıstan) görüşdən sonra fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, o, 2:2 hesabıyla yekunlaşmış oyundan sonrakı mətbuat konfransında layiqli mübarizə apardığını vurğulayıb:
“Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun qırılma nöqtəsi isə penalti epizodu deyildi”.
O, Yunanıstan klubunun yaxşı təşkilatlandığını söyləyib: