AZ

Arı zəhəri süd vəzi xərçəngi hüceyrələrini ÖLDÜRÜR

Harri Perkins Tibbi Tədqiqatlar İnstitutundan və Qərbi Avstraliya Universitetindən Dr. Ciara Duffy tərəfindən aparılan araşdırma göstərib ki, bal arısı zəhəri üçlü mənfi döş xərçəngi hüceyrələrini, eləcə də səthində HER2 adlı zülal reseptoru olan şiş hüceyrələrini öldürür.

Bizim.Media xəbər verir ki, bu elmi işin nəticələri bu yaxınlarda “Precision Oncology” jurnalında dərc olunub.
 

Tədqiqatın məqsədi arı zəhərinin və onun tərkib hissələrindən biri olan mellitinin müxtəlif molekulyar genetik xüsusiyyətlərə malik süd vəzisi xərçənglərində şiş əleyhinə təsirini yoxlamaq olub.


Arı zəhəri (melitin) laboratoriya testlərində üçlü mənfi və HER2-müsbət döş xərçəngi hüceyrələrini 100% məhv edib. Melittin xərçəng hüceyrələrinin membranlarına nüfuz edib və nəzarət edilən dozalarda sağlam hüceyrələrə zərər vermədən böyümə siqnallarını bloklayıb.

Xərçəngin müalicəsi üçün melittin çatdırma sistemləri hazırlanır. Klinik sınaqlar hələ başlamayıb. (saglamolun.az)

Bizim.Media

Seçilən
47
6
bizim.media

7Mənbələr