AZ

“Sabah”ın növbəti mərhələdəki rəqibi bilindi

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn “Sabah”ın növbəti rəqibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “bayquşlar” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” (Bolqarıstan) ilə qarşılaşacaq.

“Sabah” bu mərhələdə ilk matçını avqustun 7-də səfərdə, cavab oyununu isə avqustun 14-də Bakıda keçirəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi KL-də “Petrokub”u (Moldova) mübarizədən kənarlaşdırıb – 2:0, 4:1.

 

Seçilən
25
3
qafqazinfo.az

10Mənbələr