BAKI, 01 avqust. TELEQRAF
Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
Teleqraf xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1974-cü il təvllüdlü Abışova Mətanət Həsən qızı yol kənarında olarkən onu motosiklet vurub. Qadın ağır kəllə-beyin travması alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır kimi qiymətlındirilir.