BAKI, 01 avqust. TELEQRAF
Çin həkimləri ölkənin cənub əyaləti olan Quandunda denqe qızdırmasına 119 yoluxma halı aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə regional xəstəliklərin nəzarəti və profilaktikası mərkəzi məlumat yayıb.
Yoluxma hallarının üçdə biri regionun inzibati mərkəzi olan Quançjou şəhərinə aiddir.
Qeyd edək ki, denqe xəstəliyi əsasən ağcaqanadlarla yayılır.