Paramuşir adasının sahillərində üç sunami dalğası zamanı bir neçə maraqlı sürpriz baş verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Kuril adasının sakini Sergey Lakomov məlumat verib.
Onun sözlərinə görə, sahildən keçən əsrdə istifadə olunan məftil izolyatoru tapıb. Ancaq işarələr zamanla köhnəlib, ona görə də onun yapon və ya sovet istehsalı olduğunu müəyyən etmək mümkün deyil.
O, 1952-ci ildə Severo-Kurilskdə baş verən ən güclü sunami zamanı izolyatorun yuyula biləcəyini iddia edib.