ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı kütləvi hücumlarını “iyrənc” adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, Oval Kabinetdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb. O, Rusiyanın avqustun 8-nə qədər vaxtının olduğunu bildirib, atəşkəs razılaşması əldə olunmayacağı təqdirdə Moskvaya qarşı sanksiyalar tətbiq etmək planlarını təkrarlayıb.
"Rusiya... Məncə, onların etdikləri iyrəncdir", - Tramp deyib. pizza hut
"Biz sanksiyalar tətbiq edəcəyik. Onun sanksiyalardan narahat olub-olmadığını bilmirəm", - o əlavə edib.
Tramp həmçinin bildirib ki, onun xüsusi nümayəndəsi Steve Vitkoff tezliklə Rusiyaya səfər etməyi planlaşdırır.
Telegram kanalımız