AZ

Azərbaycanda biznes mərkəzinin xalis mənfəəti ötən il 2 dəfədən çox artıb

2024-cü ildə “Alliance Business Centre” QSC 197 min manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə bu rəqəm 81 min manat olmuşdu.

Banker.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2023-cü illə müqayisədə 146 min manat və ya 31% artaraq 610 min manata yüksəlib. Satışın maya dəyəri isə 204 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 38 min manat və ya 23% artım deməkdir. Bunun nəticəsində ümumi mənfəət 406 min manata çataraq illik müqayisədə 47% artıb.

Əməliyyat mənfəəti 2023-cü ildə 247 min manat olduğu halda, 2024-cü ildə 379 min manata qalxıb. Bu, 133 min manat və ya 54% artım deməkdir.

Aktivlərə gəlincə, cəmi aktivlər 1 milyon 915 min manatdan 1 milyon 721 min manata düşüb. Bu, 194 min manat və ya 10% azalma deməkdir. Uzunmüddətli aktivlərdə daşınmaz əmlakın dəyəri 1 milyon 504 min manatdan 1 milyon 398 min manata enib. Qısamüddətli aktivlərdə isə nağd vəsaitlər 83 min manatdan 120 min manata yüksəlib, bu da 37 min manat və ya 45% artım deməkdir. Debitor borcları 144 min manatdan 29 min manata qədər azalıb, yəni 115 min manat və ya 80%-lik azalma olub.

Kapital göstəricilərində də artım müşahidə olunub. Cəmi kapital 528 min manatdan 724 min manata qalxıb — bu da 196 min manat və ya 37% artım deməkdir. Əsas artım bölüşdürülməmiş mənfəət hesabınadır. Bu göstərici 52 min manatdan 130 min manata yüksəlib.

Öhdəliklər isə 1 milyon 386 min manatdan 954 min manata qədər azalıb — bu da 432 min manat və ya 31% azalma deməkdir. Xüsusilə, digər öhdəliklər 1 milyon 375 min manatdan 954 min manata enib.

Xatırladaq ki, “Alliance Business Centre” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 394 898 manatdır və qanuni təmsilçisi Aqil Tağıyevdir. Qurum ofislərin icarəsi ilə məşğul olan şirkətdir.

Seçilən
30
banker.az

1Mənbələr