Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub.
Bakues.az xəbər verir ki, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, 2009-cu il təvəllüdlü Nihad Rüstəmov həmin çayın kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.