AZ

Azərbaycanda ilk yaşanır: Bu şəxslərə ayda 200 manat ödəniləcək

Bakı Slavyan Universiteti (BSU) oğlan tələbələr üçün müəllimlik ixtisaslarında xüsusi təqaüd proqramı elan edib. Belə ki, “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan və 450-dən yüksək bal toplayan oğlanlara ayda 200 AZN təqaüd veriləcək.

Bu təşəbbüs digər universitetlərdə də tətbiq oluna bilərmi? Ümumilikdə kişilərin müəllimlik peşəsinə cəlb olunması üçün ölkə üzrə belə güzəşt və qərarların verilməsi mümkündürmü?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, universitetin bu təşəbbüsü həm təhsil sahəsində innovativ yanaşma, həm də gender balansının bərpası baxımından əhəmiyyətli və vaxtında atılmış nümunəvi addımdır:

“450-dən yuxarı bal toplayan oğlan abituriyentlərə ayda 200 manat həcmində təqaüd verilməsi həm motivasiyaedici rol oynayır, həm də cəmiyyətə ciddi mesaj ötürür: müəllimlik peşəsi cinsə görə seçilən deyil, əhəmiyyətinə görə dəyər verilən peşə olmalıdır. Bu təşəbbüs təkcə Bakı Slavyan Universitetinin deyil, ümumilikdə ölkə təhsilinin strateji baxışını ortaya qoyur. BSU bu addımı ilə ali təhsil müəssisələri arasında fərqləndi və belə təşəbbüs şübhəsiz ki, dövlətin təhsilə verdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müəllim nüfuzunun artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Prezidentin “Təhsilsiz cəmiyyət ola bilməz” yanaşması real islahatlara çevrilir və bu cür təşviqlər də məhz o siyasi iradənin davamı kimi dəyərləndirilməlidir”.

Təhsil eksperti son illərdə ölkədə müəllimlərin sertifikasiyası, əməkhaqqının artırılması, təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi kimi tədbirlərin həyata keçirildiyini qeyd edib:

“Lakin bu tədbirlərə əlavə olaraq, məhz kişi müəllimlərin sayının artırılması istiqamətində konkret təşviqlərə ehtiyac var idi. Bakı Slavyan Universitetinin təşəbbüsü bu boşluğu görərək, onu öz səlahiyyət və imkanları çərçivəsində doldurmağa çalışıb. Bu, təkcə təqaüd deyil, həm də peşəyə dəyər verilməsinin simvoludur. Statistik məlumatlara görə, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin cəmi 17-18 faizi kişilərdir. İbtidai sinif müəllimləri arasında həmin rəqəm bəzən 3-5 faizə qədər enir. Bu isə təkcə gender balansının pozulması deyil, həm də şagirdlərin sosial-psixoloji inkişafında kişi nümunəsinin çatışmaması kimi ciddi nəticələr doğurur. Bunu dəyişmək üçün yalnız təbliğat yox, real iqtisadi və sosial təşviq mexanizmləri tələb olunur. Bakı Slavyan Universiteti bu ehtiyacı görərək, təqaüd formasında konkret və təsirli addım atıb. Mövcud təcrübə digər ali təhsil müəssisələri üçün də nümunə olmalı və dövlət tərəfindən sistemli dəstəyə çevrilməlidir”.

Kamran Əsədov deyib ki, bu cür təşviq mexanizmləri yalnız bir universitetlə məhdudlaşmamalı, Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə proqramlaşdırılmış şəkildə genişləndirilməlidir:

“Məsələn:

Seçilən
26
7
publika.az

8Mənbələr