AZ

ABŞ senatoru İlham Əliyevlə Paşinyan arasında danışıqlardan yazıb

Senator Deynz: Tramp Cənubi Qafqazda tarixi sülhə yaxındır...

Poliqon xəbər verir ki, ABŞ-ın Montana ştatından olan respublikaçı senator Stiv Deynz The Wall Street Journal qəzetində dərc olunan “ErmənistanAzərbaycan üçün sülh sazişi” adlı məqaləsində Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında gedən danışıqlardan bəhs edib.

Senatorun sözlərinə görə, prezident Donald Tramp Cənubi Qafqazda ErmənistanAzərbaycan arasında sülh sazişi bağlanması ərəfəsindədir

“Bu, təkcə regional deyil, həm də beynəlxalq sülh və iqtisadi fayda baxımından əhəmiyyətli bir irəliləyiş olardı”, deyə Deynz yazır.

Deynz qeyd edib ki, keçmiş SSRİ-nin tərkibində olmuş bu iki ölkə 1980-ci illərin sonlarından bəri davamlı münaqişə şəraitində yaşayıb. Keçmiş administrasiyalar Cənubi Qafqaza lazımi diqqət yetirməyib, sülh təşəbbüsləri isə dayanıqsız və nəticəsiz olub. Tramp administrasiyası isə “güc vasitəsilə sülh” prinsipini praqmatik diplomatiya və parlaq gələcəyə dair vədlərlə birləşdirərək real irəliləyiş əldə edib.

Bu il Trampın komanda üzvləri ilə birlikdə regiona səfər etdiyini xatırladan senator bildirib ki, hər iki ölkədə aparılan görüşlər zamanı sülh danışıqlarının çətin məsələləri müzakirə olunub.

Prezident Əliyev və baş nazir Paşinyanla görüşdüm, praktiki həll yolları müzakirə etdik. Onlar mövcud tarixi fürsətin əhəmiyyətini anlayırlar”, deyə senator vurğulayıb.

Senator Rusiyanı regionda vasitəçi kimi çıxış edib münaqişəni alovlandırmaqda və qonşularını zəif və təcrid vəziyyətində saxlamaqda ittiham edib. Bildirib ki, ErmənistanAzərbaycan artıq Rusiya təsirindən uzaqlaşır və ABŞ-ın prioritetlərinə uyğun müstəqil gələcək qurmaq niyyətindədirlər.

Deynz həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin geosiyasi və iqtisadi əhəmiyyətini vurğulayaraq, bölgənin strateji mövqeyi və zəngin təbii resurslarının Qərblə yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. Onun fikrincə, münaqişənin olmaması, Trans-Anadolu qaz kəmərinin ötürmə qabiliyyətini artıraraq AvropaRusiyadan asılılıqdan qurtara, eyni zamanda ABŞ-ın kritik minerallar baxımından Çindən asılılığını azalda bilər.

“Müqavilə həm Ermənistan, həm də Azərbaycan üçün iqtisadi və milli dividendlər gətirəcək, birgə investisiyalar yeni iş yerləri yaradacaq və maliyyə sabitliyi təmin edəcək”, deyə senator qeyd edib.

Deynz vurğulayıb ki, Tramp administrasiyasının iradəsi bu tarixi imkanı yaradıb və əldə olunacaq sülh sazişi regionun gələcəyini dəyişməklə yanaşı, ABŞ və onun müttəfiqləri üçün də uzunmüddətli faydalar verəcək.

“Sülh və sabitlik naminə ErmənistanAzərbaycan liderləri bu razılaşmanı dərhal imzalamalıdır”, deyə sonator senator çağırış edib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr