AZ

Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,94 ABŞ dolları və ya 1,3% azalaraq 72,70 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,64 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
77
49
operativmm.az

10Mənbələr