Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,33 ABŞ dolları və ya 1,82% azalaraq 71,37 ABŞ dollarına
enib.
Qeyd edək ki, ötən gün neftimiz 72,70 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından
hesablanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta