Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 20,163 milyard dollar artıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Teleqramın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3,27 milyard dollar qazanıb. Onun sərvəti 14,3 milyard dollar olub. Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,12 milyard dollar artaraq 16,3 milyard dollara çatıb.
Ən böyük itki isə NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisin dəyib – onun sərvəti 3,58 milyard dollar azalaraq 22,2 milyard dollar olub.