AZ

Azərbaycanın Asiya İnkişaf Bankına 1,7 mlrd. dollar borcu var

2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9%-i Asiya İnkişaf Bankının, 27,7%-i avrobondların, 14,7%-i Dünya Bankının, 22,7%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşüb.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata əsasən, 5 milyard 10 milyon dollar xarici borcun 1 milyard 780 milyon dolları Asiya İnkişaf Bankına,1 milyard 387,3 milyon dolları investorlara (avrobondlar), 738,6 milyon dolları Dünya Bankına, 245,4 İslam İnkişaf Bankına, 232,8 milyon dolları isə Avropa Yenidənqurma və İnkişaf Bankına olan borcdur.

Bununla bərabər borcun 167,8 milyon dolları Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə, 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankına, 405 milyon dollar isə digər kreditorlara olan borc təşkil edir.

Seçilən
28
teleqraf.com

1Mənbələr