
Argentinalı hücumçu Lionel Messi Amerikanın “İnter Mayami” klubu ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tot Costa” podkastında jurnalist Xavi Kampos məlumat verib.
Mənbənin sözlərinə görə, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq.
Mənbənin qeyd etdiyi kimi, argentinalı 2026-cı il dünya çempionatı və 2028-ci ildə Amerika kubokunda çıxış etmək niyyətindədir.
Qeyd edək ki, Messinin 38 yaşı var. O, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Futbolçu ötən mövsüm MLS-in müntəzəm çempionluğunu qazanıb və turnirin ən yaxşı oyunçusu seçilib. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.