AZ

Arif Babayev yanındakı şəxsə baxdı: Niyə belə sual verirsən?!

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Arif Babayev həm sənəti, həm də şəxsiyyəti ilə yaddaşlarda dərin iz buraxan nadir sənətkarlardan biri idi. Onunla bağlı şəxsi bir xatirəm var ki, illər keçməsinə baxmayaraq, yaddaşımdan silinmir.

Hələ 2019-cu ilin yaz ayları idi. 11-ci sinfi başa vurmağımıza az qalırdı. Məktəbdəki dostlarımızla birlikdə məzun fotosessiyası təşkil etmişdik və bu məqsədlə Dağüstü parka getmişdik. Çəkiliş bitdikdən sonra iki rəfiqəmlə bir az gəzişdik, sonra isə parkın sakit bir guşəsindəki oturacaqlardan birində oturub söhbət etməyə başladıq. Hava yavaş-yavaş qaralırdı…

Elə bu an qarşıdan iki nəfərin yaxınlaşdığını gördük. Biri Arif Babayev idi. Yanında isə orta yaşlı bir bəy var idi (təəssüf ki, adını xatırlamıram). Həmin şəxs üzünün tərini silə-silə yaxınlaşıb, bizə nəzakətlə həmin yerdən qalxıb-qalxmayacağımızı soruşdu. Görünür, oturmaq istəyirdi.

Həmçinin oxuyun:

Prezident və oğlu Bakıda abidə açılışında iştirak etdi – FOTOLAR

Lakin Arif Babayev dərhal həmin şəxsə çevrilib tənə dolu bir baxışla nəzər saldı. Baxışlarında bir narazılıq, eyni zamanda incə bir tənqid var idi – “Niyə belə bir sual verirsən?” demək istəyirdi sanki. Axı parkda başqa oturacaq da vardı… O an onun nə qədər mədəni və zərif təbiətli biri olduğunu hiss etdim. Bu sadə jest onun insanlara olan hörmətini, nəzakətə verdiyi önəmi əks etdirirdi.

O gündən sonra Arif Babayevə olan hörmətim daha da artdı. Onun sənətinə olan heyranlığım bir yana, şəxsiyyəti ilə də örnək biri olduğunu canlı olaraq görmüşdüm.

Allah rəhmət eləsin!

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
globalinfo.az

1Mənbələr