AZ

Dövlət istiqrazları üzrə 3 milyard manata yaxın əsas borc ödənişləri aparılıb

Bakı. Trend:

Bu ilin birinci yarımili ərzində 2025-ci il üzrə dövlətbüdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcuüzrə öhdəliklərin yerinə yetirilməsinə 328,7 milyon manat vəsaitistifadə edilib.

Bu barədə TrendMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, dövlət istiqrazları üzrəümumilikdə 2.9 milyard manat məbləğində əsas borc ödənişləri həyatakeçirilib.

Bildirilib ki, qeyd olunan vəsaitin 1.5 milyard manat məbləğindəhissəsi təkrar maliyyələşdirmə, o cümlədən 1.4 milyard manatməbləğində hissəsi dövlət istiqrazlarının vaxtından əvvəl gerialınaraq daha uzunmüddətli dövlət istiqrazlar ilə əvəz edilməsi, 85milyon manat məbləğində hissəsi isə uzunmüddətli dövlətistiqrazlarının emissiyası hesabına təmin edilib, 1.4 milyard manatməbləğində əsas borc ödənişləri isə dövlət büdcəsinin vəsaitihesabına investorlara geri ödənilib.

Məqalədə:
Seçilən
23
7
az.trend.az

8Mənbələr