AZ

Bərdədə batan yeniyetmənin kimliyi BİLİNDİ

Bərdədə suda boğulan 16 yaşlı oğlanın kimliyi açıqlanıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində baş verib.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nihad Bəhrəm oğlu Rüstəmov həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
60
4
far.az

5Mənbələr