2025-ci il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu çərçivəsində avrobondlar üzrə öhdəliklərin həcmi 1 milyard 387 milyon ABŞ dolları və ya 2 milyard 358,4 milyon manat təşkil edib.
"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, avrobondaların ümumi xarici dövlət borcu portfelində çəkisi 27,7%-ə bərabər olub.
Xatırladaq ki, Azərbaycan ilk dəfə avrobond yerləşdirməsini 2014-cü ildə həyata keçirib və sonrakı illərdə bir neçə dəfə beynəlxalq bazarlardan bu üsulla vəsait cəlb edilib. Hazırda ölkənin xarici borc strukturunda avrobondlar ikinci ən böyük komponentdir.
"Cebheinfo.az"