AZ

Futbolda tarazlığı pozan transfer: 13 komandadan daha çox...

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Viktor Osimhen 75 milyon avroluq transfer məbləği ilə 2025-ci ilin yay transfer dövründə dünyada ən bahalı üçüncü futbolçu olub. 

Qaynarinfo xəbər verir ki, nigeriyalı hücumçunun "Qalatasaray"a keçidi klubun ümumi heyət dəyərini türk futbolu üçün rekord sayılan 319 milyon avroya yüksəldib. Bu rəqəm Super Liqada çempionluq yaşamayan 13 klubun ümumi dəyərini də geridə qoyub.

Osimhen tarixi dəyişdi

Osimhenin transferi həm Türkiyədə, həm də dünya futbolunda əhəmiyyətli dəyişikliklərə səbəb olub. Onun transferi üçün ödənilən məbləğ, heyətə verdiyi töhfə və illik maaşı ilə bu transfer dünya futbol tarixinə düşüb.

İlin rekordları "Liverpul"dan

Osimhen 75 milyon avro ilə transfer dövrünün ən bahalı üçüncü futbolçusu olsa da, ilk iki sıranı "Liverpul"un heyətinə qatdığı futbolçular tutur: Florian Virtz 125 milyon avro, Uqo Ekitike isə 95 milyon avroya transfer olunub.

Ronaldo ildə 187 milyon avro qazanır

"Qalatasaray"da ildə 15+6 milyon avro qazanacaq olan Osimhen dünyanın ən çox qazanan futbolçuları siyahısında 18-ci pilləyə yüksəlib. Siyahının zirvəsində "Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldo qərarlaşıb - 187 milyon avro. "İnter Mayami"də oynayan Lionel Messi isə 51 milyon avro ilə ikinci yerdədir.

13 klubun dəyərini keçdi

Osimhenin qatılması ilə "Qalatasaray"ın heyət dəyəri 319 milyon avroya çatıb. Bu, "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor" və "Başakşəhər" istisna olmaqla, digər 13 Super Liqa klubunun (309 milyon avro) ümumi heyət dəyərindən daha çoxdur.

"Karagümrük"ün heyəti 12 milyon avro dəyərindədir

"Transfermarkt"ın məlumatına görə, 70 milyon avro dəyərində qiymətləndirilən Osimhenin bazar dəyəri "dörd böyük" klublardan başqa Super Liqanın qalan 14 komandasının hər birindən yüksəkdir. Hazırda liqanın ən aşağı dəyərə malik heyətləri "Karagümrük" (12 milyon avro), "Gənclərbirliyi" (13.4 milyon avro) və "Kasımpaşa"ya (13.9 milyon avro) məxsusdur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
qaynarinfo.az

2Mənbələr