AZ

“Viator Mikrokredit Azərbaycan” ilk yarıda ₼1.7 milyonluq gəlirə qarşı ₼5 min xalis mənfəət edib

2025-ci ilin ilk yarısında BOKT “Viator Mikrokredit Azərbaycan” MMC 5.38 min manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə BOKT-nin idarəetmə hesabatına istinadən xəbər verir.

Bu dövrdə faiz gəlirləri 1 milyon 178 min manat təşkil edib ki, bunun da əsas hissəsi – 1 milyon 178 min manatı – verilmiş kreditlər üzrə gəlirlərdir.

Cəmi aktivlər 2024-cü ilin sonunda 8 milyon 311 min manat olduğu halda, 2025-ci ilin ilk yarısının sonunda 9 milyon 431 min manata yüksəlib. Bu, 1 milyon 120 min manat və ya 13% artım deməkdir.

Pul vəsaitləri və onların ekvivalentləri 126 min manatdan 808 min manata qalxıb — artım 682 min manat və ya təxminən 5 dəfəyə yaxın artım olub.

Müştərilərə verilmiş kreditlər 7 milyon 776 min manatdan 8 milyon 306 min manata yüksəlib. Bu, 530 min manat və ya 7% artım təşkil edir.

Əmlak, avadanlıq və qeyri-maddi aktivlər 334 min manatdan 323 min manata qədər azalıb – 11 min manat və ya 3% azalma qeydə alınıb.

Cəmi öhdəliklər 2 milyon 445 min manatdan 3 milyon 261 min manata yüksəlib. Bu da 816 min manat və ya 33% artım deməkdir.

Kapital 5 milyon 865 min manatdan 6 milyon 170 min manata yüksəlib — artım 305 min manat və ya 5% artım qeydə alınıb.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

Seçilən
24
1
banker.az

2Mənbələr