AZ

Bu ölkə İsraillə əlaqələrini dayandırıb Aİ də bir ilk

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Sloveniya hökuməti İsraillə bütün silah ticarətini, o cümlədən idxal, ixrac və tranziti rəsmi şəkildə qadağan etdiyini açıqlayıb. 

Qərarın səbəbi kimi İsrailin Qəzza zolağına davam edən hücumları və oradakı humanitar böhran göstərilib. 

Sloveniya hökuməti tərəfindən edilən açıqlamada bildirib ki, Aİ daxilindəki fikir ayrılıqları və bölünmüşlük səbəbilə bu məsələdə müstəqil şəkildə hərəkət etmək qərarına gəliblər.

Qeyd edilib ki, Sloveniya 2023-cü ilin oktyabrından bəri İsrailə hərbi silah və avadanlıq ixracı üçün heç bir icazə verməyib.

Bu addım Sloveniya hökumətinin son aylarda İsrailə qarşı atdığı bir sıra siyasi qərarların davamıdır. Xatırladaq ki, ötən həftələrdə Sloveniya hökuməti İsrailin aşırı sağçı nazirləri – Maliyyə naziri Bezalel Smotrix və Milli Təhlükəsizlik naziri İtamar Ben Qviri “arzuolunmaz şəxslər” elan edərək ölkəyə girişlərini qadağan etmişdi. 

Hökumət onları "soyqırıma çağırış", "zorakılığı təşviq" və "Fələstinlilərin insan haqlarının ciddi şəkildə pozulması"nda ittiham etmişdi.

Bundan əlavə, Sloveniya parlamenti 2024-cü ilin iyun ayında İrlandiya, Norveç və İspaniyadan sonra Fələstin dövlətini rəsmən tanıyan qərar qəbul etmişdi.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
4
azpolitika.info

5Mənbələr