ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Elitanı tərk edəndən sonra “Səbail”in akademiyasının dağıldığı haqda məlumat vermişdik. Əvəzedici komandanın baş məşqçisi Ramiz Hüseynovla əlaqə saxladıqda akademiyanın dağılmağına çox üzüldüyünü, xeyli adamın işsiz qalacağını demişdi. Amma üzülənlər təkcə personal və məşqçi korpusu deyil, həm də azyaşlı futbolçulardı.“Səbail”in aşağı yaş komandalarının birinin üzvü olan Fərid Qasımov da “tiktok” hesabında üzüntüsünü bölüşdüyü videolar paylaşır, komanda yoldaşları da şərhlər yazır. Fərid özü isə artıq “Zirə”nin futbolçusudu.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.