AZ

Pezeşkian sabah Pakistana gedir

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Pakistana rəsmi səfərə gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2 - 3 avqust tarixlərində reallaşacaq səfər zamanı onu İranın yüksək vəzifəli rəsmi şəxsləri müşayiət edəcək.

Ziyarət çərçivəsində Pakistan və İranın dövlət başçıları Asif Əli Zərdari ilə Məsud Pezeşkian, habelə hər iki ölkənin hökumət nümayəndələri arasında yüksək səviyyəli danışıqlar aparılacaq.

Seçilən
47
17
redaktor.az

10Mənbələr