AZ

Vitkof Qəzzada səfərdədir

"The Times of Israel" xəbər saytınınməlumatınagörə, o, Vaşinqtonun İsraildəki səfiri Mayk Hakabi ilə birlikdə zolağın cənubundakı Rəfəh şəhərində humanitar yardım paylama mərkəzini nəzərdən keçirib.

Onların, eyni zamanda, gün ərzində Qəzza sakinləri ilə xüsusi görüşü nəzərdə tutulur. Yeri gəlmişkən, ABŞ-nin yaxın günlərdə Qəzza zolağına yeni humanitar yardım kampaniyası həyata keçirəcəyi gözlənilir.
Vitkof Netanyahu ilə görüşəcək | YENİLƏNİB

Xatırladaq ki, Stiv Vitkof dünən İsrailə səfərə gedib. O, səfər çərçivəsində İsrailin hökumət nümayəndələri, o cümlədən Baş nazir Benyamin Netanyahu ilə görüşərək, Qəzza zolağındakı cari vəziyyət, HƏMAS-la atəşkəs danışıqlarının gedişi ətrafında müzakirələr aparıb.

Stiv Vitkofun səfəri bir sıra ölkənin, o cümlədən Kanada və Britaniyanın Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı qərarları fonunda baş verir. Belə ki, ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, belə bir addım iranyönümlü HƏMAS terror təşkilatını "mükafatlandırmaq" deməkdir. İstisna deyil ki, Vitkof keçirdiyi görüşlərdə bu məsələyə də toxunub.

Firudin Həmidli
AzVision.az
Seçilən
21
2
azvision.az

3Mənbələr