AZ

Rüsiyalı jurnalist Fransaya buraxılmadı

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Fransanın Moskvadakı konsulluğu, Rusiyalı jurnalist Polina Kovalyovaya Fransaya getmək üçün viza verməkdən imtina edib. Diplomatik korpus, rusiyalı KİV nümayəndəsini, ölkəsinin təhlükəsisliyinə  ictimai təhlükə və iğtişaş yarada biləcəyi səbəbi ilə Fransaya getməsinə icazə verməyib. 

 Fransa konsulluğunun bu hərəkəti Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanı yaman əsəbləşdirib. Xanım Zaxarova Fransanı, peşə fəaliyyətlərinin həyata keçirilməsi üçün KİV-lərə şərait yaradılması ilə bağlı, beynəlxalq öhtəliklərə əməl etməməkdə günahlandırıb və Parisə adekvat cavab veriləcıyi ilə hədələyib. 

 Fransa nə etməlidir ki? Rusiya KİV-ləri jurnalist vəsiqəli FTX-nın (KQB-nin) əməkdaşları ilə doldurub. Hansını dindirirsən Kremlin "diliylə" danışır...

 Rüstəm Hacıyev 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
adalet.az

2Mənbələr