Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “QAZ 53” markalı avtomobili aşıb, nəticədə ölən və yaralananlar var.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 7 radələrində N.Abbasov idarə etdiyi “QAZ 53” markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.
Araşdırma aparılır.
Surxay Şahbazov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.