AZ

Ukrayna: Rusiya ordusu 72 pilotsuz təyyarə ilə hücum həyata keçirib

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ordusunun 72 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hava hücumu təşkil etdiyi bildirilib.Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Telegram hesabından verilən açıqlamaya görə, ruslar bu gecə ölkəyə pilotsuz təyyarə ilə hücum edib.Açıqlamada Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə 72 PUA atdığı, 44 PUA-nın isə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi və ya yönləndirilərək təsirsiz hala salındığı qeyd edilib.Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən (DSNS) verilən açıqlamada dünən Rusiyanın paytaxt Kiyevə endirdiyi hava hücumundan sonra davam edən axtarış-xilasetmə işləri ilə bağlı məlumat verilib.Şəhərin Sviyatoshinskiy bölgəsini hədəf alan hücumda ölənlərin sayının 28-ə yüksəldiyi vurğulanan açıqlamada, "3-ü 2, 6 və 17 yaşlı uşaq olmaqla 28 nəfər həyatını itirib. 16-sı uşaq olmaqla 159 nəfər yaralanıb".Açıqlamada dağıntı sahəsində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
icma.az

3Mənbələr