AZ

Gülşən Axundova: Azərbaycan yetkin iqlim siyasəti modelini nümayiş etdirir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 1 avqust, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan beynəlxalq platformalarda iqlim maliyyələşdirilməsi sistemi islahatını fəal şəkildə müdafiə edir. Keçid iqtisadiyyatlı ölkələrin xüsusi statusunun tanınması, Qlobal Cənub ölkələri üçün iqlim fondlarına birbaşa çıxışın genişləndirilməsi, yerli ehtiyacları daha yaxşı başa düşən regional institutların və platformaların rolunun artırılması əsas təkliflərdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova bildirib.

“Artıq bu gün Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda davamlı inkişaf sahəsində birgə layihələr paketinin təşəbbüskarı kimi çıxış edir və Avropa ilə Asiya arasında iqlim transformasiyasında aparıcı mövqeyə sahib olur. Radikal iqlimçi hərəkatlar və iqlim inkarçıları arasında dərinləşən ideoloji qarşıdurma fonunda Azərbaycan üçüncü yolu, yəni rasional, realist və balanslı iqlim gündəmini təklif edir. Ölkə iqlim böhranının miqyasını qəbul etməklə yanaşı, ədalət, iqtisadi təhlükəsizlik və texnoloji suverenliyin təmin olunmasının zəruriliyini də nəzərə alır. Bu yanaşma qarşıdurmadan yorulmuş və praqmatik əməkdaşlıq axtaran dövlətləri birləşdirmək potensialına malikdir. Məhz belə bir platforma Azərbaycan tərəfindən COP29-da irəli sürüldü və geniş tərəfdaş dəstəyi qazandı. Beləliklə, bəzi dövlətlərin daxili təzyiqlər və ideoloji fikir ayrılıqları bəhanəsi ilə iqlim öhdəliklərindən imtina etdiyi şəraitdə Azərbaycan yetkin iqlim siyasəti modelini nümayiş etdirir. Bu model elmi əsaslılığı, siyasi realizmi və regional liderliyi birləşdirir. Ölkə sübut edir ki, qlobal iqlimə inam böhranı dövründə belə, ideologiyalaşdırma və populizm olmadan gələcək nəsilləri qorumağa yönəlmiş aydın strategiya ilə dayanıqlı gələcək yaratmaq mümkündür”, - deyə G. Axundova diqqətə çatdırıb.

“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri G. Axundovanın AZƏRTAC-a açıqlaması ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azertag.az

2Mənbələr