Azpost saytından alınan məlumata görə, ain.az bildirir.
“Azərbaycan Valideyn- Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətinin artırılması” layihəsinin növbəti yekun tədbiri – kulturoloji lektoriyası 31 iyul 2025-ci il tarixində Bakı şəhəri Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə keçirildi.
Tədbirdə iştirak edən şagirdlər və valideynlərlə uşaqların ailədə və təhsildə davranışları, sosial-ictimai məsuliyyəti müzakirə olunub. Uşaq səfirlərinin maraqlı çıxışları oldu. İştirakçılar müzakirələrdə şagirdlərin bəzi hallarda assosial, adekvat olmayan davranışlarının yaranma səbəbləri, təlim-tərbiyə, əxlaq və davranış, ailədaxili münasibətlər, şagirdlərin psixoloji durumu, qidalanması, informasiyaya həssaslığı, mobil smartfonların gətirdikləri asılılıq, keyfiyyətli tədrisə təsir edən amillər, valideynlərin uşaq tərbiyəsində qarşılarına qoyduqları məqsəd və vəzifələr, məktəb ailə əlaqələri və s., mövzulara dair Konstitusiyadakı hüquq və vəzifələrə toxunulub.
İntellektual və ruhi mədəniyyət, mədəniyyətin bütün sferalara təsiri, vətəndaş-şəxsiyyətin, kamil, mədəni insanın formalaşdırılmasında təhsilin, tərbiyənin, elm və maarifin rolu, ugurlu insanın mədəni inkişaf formulu barədə iştirakçılara layihə rəhbəri Şahin Rəcəbov tərəfindən geniş bilgilər verildi, suallar cavablandırıldı. İnteraktiv və səmərəli müzakirələr şəklində keçirilən görüşdə valideynlərin və uşaqların müxtəlif arzu və təklifləri səsləndirildi. Böyük maraqla qarşılanan tədbirdə valideynlər tərəfindən belə tədbirlərin davamlı olması arzulandı.
“Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” layihəsinin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrin kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam, milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət yetişdirlməsinə töhvə verməkdir. Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, Bakıda 3 məktəb icmasını və 10 rayonu – Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlının ailə nümayəndələrini əhatə etmişdir. Layihə çərçivəsində Bakı və regionlar üzrə 13 kulturoloji lektoriyanın keçirilməsi nəzərdə tutulurdu.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Təhsil İdarələri, Təhsil sektorları, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulub.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.