AZ

“Bu, növbəti təxribatdır”

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiyanın TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Xəbərdə "Stepanakert" sözünün istifadə edilməsi hesab edirəm ki, bu, Rusiyanın və onun müəyyən siyasi, ictimai, media, hərbi qruplarının, dairələrinin növbəti təxribatıdır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru Mübariz Göyüşlü deyib.

M.Göyüşlü bunun qəbul edilən bir məsələ olmadığını vurğulayaraq əlavə edib ki, Azərbaycan ərazisində nə Stepanakert var, nə Dağlıq Qarabağ deyə bir inzibati ərazi vahidi var: “Azərbaycan Respublikasının ərazisi olaraq Qarabağ iqtisadi rayonu və Xankəndi şəhəri var. Rusiyanın, TASS-ın bunu bilməsi və düzəliş etməsi lazımdır. Əks təqdirdə, mən AZƏRTAC-ın yaydığı bəyanata qatılıram. Orada qeyd olunan kimi Rusiyadakı bir sıra şəhərlərin qədim adlarını əsl adları ilə AZƏRTAC-ın və Azərbaycanın digər informasiya qurumlarının o şəkildə səsləndirməsi ideyası müsbətdir və düşünürəm ki, biz də Rusiyaya məhz bu şəkildə cavab verməliyik”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
icma.az

1Mənbələr