AZ

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Bakı. Trend:

2-3 avqust tarixlərində Kənd Təsərrüfatı Nazirliyinintabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nintəşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkasıkeçiriləcək.

Trendxəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumatyayıb.

Bildirilib ki, yarmarkanın məqsədi yerli fermerlərə dəstəkgöstərmək, onların məhsullarının satış imkanlarını artırmaq vəşəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təminetməkdir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kəndtəsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdimedəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti iləbağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyətgöstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsullarıanaliz etdirə bilərlər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanovrayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər vədigər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

Seçilən
9
36
az.trend.az

10Mənbələr