Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Sudanda paralel hökumətin qurulmasının elan edilməsi Afrika ölkəsinin milli suverenliyi və bütövlüyü prinsiplərinə ziddir".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
İran sözçüsü Sudanın ərazi bütövlüyü və birliyinə hörmət edilməsinin zəruriliyini vurğulayaraq, Sudanın daxili işlərinə zərərli xarici müdaxilənin davam etməsinə qarşı xəbərdarlıq edib.
"Sudandakı böhranın həlli toqquşmaların dayandırılması və xarici müdaxilə olmadan dialoqunun başlanmasıdır", - Bəqayi vurğulayıb.
Gülşən Şərif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.