AZ

Rusiyada miqrantlarüçün pullu təhsil təklif olunur

BAKI, 1 avqust. TELEQRAF

Rusiya Dövlət Dumasının deputatları miqrant uşaqlar üçün məktəbdə pulsuz təhsilin qadağan olunmasını nəzərdə tutan yenilənmiş qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşırlar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Əmək Komitəsinin sədri Yaroslav Nilov bildirib.

Onun sözlərinə görə, yeni təşəbbüsə əsasən, 1-ci sinifdən 11-ci sinfə qədər olan əcnəbi uşaqlar yaşından və sinfindən asılı olmayaraq yalnız pullu əsasla təhsil ala biləcəklər.

"Bu dəyişikliklər daha əvvəl rədd edilmiş qanun layihəsinə əlavə edilib və bu dəfə təşəbbüs fraksiyalararası dəstək qazanıb",- deputat qeyd edib.

Bundan əlavə, layihədə miqrant uşaqlar üçün rus dili üzrə test imtahanını vermək cəhdlərinin maksimum sayının 3-lə məhdudlaşdırılması da təklif olunur.

Seçilən
16
teleqraf.com

1Mənbələr