AZ

Rubio: İsrail icazə verərsə, Fələstin dövləti qurulacaq

Rubio:

ABŞ dövlət katibi Marko Rubio Qərb ölkələrinin Fələstini tanıma qərarını əlaqəsiz adlandıraraq deyib ki, İsrail razılaşana qədər heç bir Fələstin dövləti ola bilməz.

Reyting.az
xəbər verir ki, Qərb ölkələrinin Fələstini tanımaq qərarına toxunan dövlət katibi bunu əhəmiyyətsiz addım adlandırıb.

“Bəzilərini məyus edir, amma əhəmiyyətsizdir. Bunun heç bir mənası yoxdur”,- Marko Rubio qeyd edib.

ABŞ-nın İsrailə dəstəyini vurğulayan Rubio əlavə edib:

“Fələstini tanımaq üçün səs verən ölkələrin heç birinin Fələstin dövləti yaratmaq imkanı yoxdur. İsrail razılaşana qədər heç bir Fələstin dövləti ola bilməz”.

Rubio, Fələstini tanımağa səs verən ölkələrin Fələstin dövlətinin harada olacağını və kimin idarə edəcəyini bilmədiklərini iddia edərək, “Bu qərar əks-nəticə verəcək”,- deyib.

Rubio Böyük Britaniyanın sentyabr ayına qədər atəşkəs olmadığı təqdirdə Fələstin dövlətini tanıyacaqlarını açıqlamasının atəşkəs danışıqlarına zərər verəcəyini deyib və bu qərarı “bacarıqsız” adlandırıb.

Dövlət katibi həmçinin, sözügedən ölkələrin bu addımları daxili siyasi təzyiqlərə görə atdığını və bunun yerdəki reallıqla uzlaşmadığını iddia edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron iyunun 24-də Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında məsələ ilə bağlı rəsmi açıqlama verəcəyini bildirib.

Kanadanın baş naziri Mark Karni və Maltanın dövlət katibi Kristofer Kutajar da Fələstini tanımaq qərarını açıqlayıb.

İngiltərə baş naziri Keir Starmer isə İsrailin müəyyən şərtləri yerinə yetirməməsi halında sentyabrda keçiriləcək BMT Baş Assambleyasında ölkəsinin Fələstin dövlətini tanıyacağını açıqlayıb.

ELÇİN



Seçilən
29
reyting.az

1Mənbələr