ain.az bildirir, Oxu.az portalına istinadən.
"Rəqib bizdən büdcəsinə görə 11 dəfə böyük idi".
Oxu.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə Portuqaliya təmsilçisi "Braqa"ya əlavə vaxtda uduzduqları (0:1) Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
"Çox ciddi klubla üz-üzə gəldik. Əla oyunlar keçirdik. Bəzi fürsətlərdən yararlana bilmədik. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. İndi diqqətimizi bazar günü baş tutacaq çempionat qarşılaşmasına cəmləyəcəyik. Sonra yenidən avrokubok matçı haqqında düşünəcəyik".
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ilk oyunu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqustun 14-də evdə keçirəcək. "Levski" avqustun 3-də Bolqarıstan çempionatının III turunda "Slaviya" (Sofiya) ilə qarşılaşacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.