AZ

Dünyanın ən yaşlı körpəsi 31 yaşında doğuldu: ata və anasından 5 yaş kiçikdir

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1994-cü ildə dondurulan və saxlanılan embrio 31 ildən sonra doğulub. ABŞ-da yaşayan 35 yaşlı Lindsey və 34 yaşlı Tim Pierce cütlüyünün övladı olmadığı üçün onlar həmin embriodan uşaq dünyaya gətirmək barədə qərar veriblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Thaddeus Daniel Pierce adlı uşaq “dünyanın ən yaşlı körpəsi” tituluna sahib olub.

Embrionun tarixi 1990-cı illərə dayanır

Thaddeusun embrionu 1990-cı illərin əvvəllərində Linda Archerd və o zamankı həyat yoldaşı üçün süni mayalanma müalicəsi zamanı yaradılıb. Cütlük o zaman 4 embrion əldə edib. Onlardan biri Lindaya köçürülərək sağlam bir doğuşla nəticələnib. Bu uşaq hazırda 30 yaşındadır və və özünün də 10 yaşlı bir övladı var. Digər 3 embrion isə uzun illər dondurulmuş vəziyyətdə klinikada saxlanılıb.

Sonradan boşanan Linda Archerd embrionların hüququnu özündə saxlayıb. O, illər sonra embrion donorluğu proqramına müraciət etdi və bu "üç kiçik ümidi" başqalarına bəxş etmək istədi. Lakin embrionların çox uzun müddət dondurulmuş olması səbəbindən onlar "yerləşdirilməsi çətin" kateqoriyasına daxil edilib.

7 illik həsrətə son qoyuldu

Pierce cütlüyü 7 il ərzində müxtəlif yollarla valideyn olmağa çalışmış, lakin nəticə ala bilməmişdi. Nəhayət, embrion donorluğu proqramına qatılaraq bir dəfə də ümidlərini sınadılar. Bu çətin prosesin sonunda Thaddeus dünyaya gəldi və cütlük üçün həyatlarının ən böyük xoşbəxtliyi oldu.

“Rekord qırmaq niyyətimiz yox idi”

Ana Lindsey Pierce bildirib ki, rekord qırmaq kimi bir niyyətimiz yox idi, sadəcə bir körpəmiz olsun istəyirdik. Doğuş çətin keçdi, amma indi hər ikimiz yaxşıyıq. Thaddeus çox sakitdir. Bu dəyərli körpəyə sahib olduğumuz üçün çox xoşbəxtik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
lent.az

1Mənbələr