Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi ilə bağlı AİB və AİİB hər biri 1 milyon dollar olmaqla vəsait ayırıb.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.
O bildirib ki, Mərkəzi Asiya ilə də elektrik enerjisinin ötürülməsi ilə bağlı artıq Bakıda birgə müəssisə təsis olunub: "Texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) hər biri 1 milyon dollar olmaqla vəsait hazırlayıb. Bununla da layihənin texniki-iqtisadi əsaslandırmasının nədən ibarət olacağı müəyyənləşdiriləcək. Onun texniki tapşırığı tərəflər arasında razılaşdırılıb. Bank artıq layihənin necə davam edəcəyi ilə bağlı məsləhətçiləri seçmək üzərində işləyir".
Agentlik rəhbəri vurğulayıb ki, "Deloitte" şirkəti ilə bərpa olunan enerjinin ixarcının biznes modelinin hazırlanması işləri yekunlaşmaq üzrədir: "Bu biznes modeli imkan verəcək ki, ölkəmizdə istehsal olunan bərpa olunan enerjinin Avropada istehlakçıya satılmasının bu stansiyalara çəkilən xərci qarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəli olub-olmayacağını müəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdə bərpa olunan enerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilində iqtisadi cəhətdən səmərəlidir".