AZ

ABŞ dövlət katibindən Fələstinin tanıması ilə bağlı açıqlama

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio əmindir ki, bir sıra Avropa ölkələrinin Fələstin dövlətini tanımaq barədə qərarı əhəmiyyət kəsb etməyəcək, çünki belə bir dövləti İsrailin razılığı olmadan yaratmaq mümkün deyil. O, bu ölkələrin niyyətlərini "əks-effektli” adlandırıb.

Qaynarinfo "eurointegration.com.ua”ya istinadla xəbər verir ki, bu barədə Rubio "Fox Radio”nin efirində deyib.

"Bunun heç bir mənası yoxdur. Birincisi, bu ölkələrin heç birinin Fələstin dövləti yaratmaq imkanı yoxdur. Fələstin dövləti İsrailin razılığı olmadan yaradıla bilməz. İkincisi, onlar hətta bu dövlətin harada yerləşəcəyini deyə bilmirlər. Onlar kim tərəfindən idarə olunacağını da göstərə bilmirlər. Üçüncüsü isə, mən hesab edirəm ki, bu, əks-effektlidir”, - o bildirib.

ABŞ Dövlət katibinin sözlərinə görə, belə bir tanınma yalnız HƏMAS qruplaşmasını daha da eskalasiyaya sövq edir.

"Təsəvvür edin ki, siz HƏMAS-sınız… Siz hələ də 20 günahsız insanı girov saxlayırsınız. 7 oktyabr 2023-cü ildə öldürdüyünüz, zorladığınız və qətlə yetirdiyiniz 50-dən çox insanın meyitlərini saxlayırsınız. Hardasa tuneldə qorxaq kimi gizlənmisiniz və sonra mətbuatdan eşidirsiniz ki, bütün bu ölkələr sizin tərəfinizdədir… Axı, HƏMAS tərəfi – Fələstin dövlətçiliyi tərəfidir. Deməli, siz özünüz bu mükafatı yaradırsınız”, – deyə Rubio əlavə edib.

O, həmçinin xatırladıb ki, məhz HƏMAS atəşkəsə razı olmur. Bu kontekstdə o, Böyük Britaniyanın İsrail atəşkəsə razı olmasa, Fələstini tanımaq niyyətini tənqid edib:

"Əgər mən HƏMAS olsaydım, deyərdim: bilirsinizmi nə var, gəlin atəşkəsə razı olmayaq. Əgər HƏMAS atəşkəsə razı olmasa, bu, sentyabrda bütün bu ölkələrin Fələstini tanıyacağını təmin edəcək. Ona görə də onlar atəşkəsə getməyəcəklər”, – deyə Rubio bildirib. 

O, həmçinin qeyd edib ki, bir çox ölkələrin Fələstini tanımaq qərarı daxili siyasətdən irəli gəlir.

"Amma onlar zərər verirlər – onlar əslində işə zərər vururlar, kömək etmirlər. Çünki onların bəyanatı heç nəyi dəyişməyəcək, yalnız HƏMAS-ı ruhlandıracaq və mükafatlandıracaq. İndi onların atəşkəsə razı olmamaq və girovları azad etməmək üçün dünyada bütün səbəbləri var”, – Rubio yekunlaşdırıb.

Qeyd edək ki, çərşənbə günü 15 ölkənin xarici işlər nazirləri sentyabrda BMT Baş Assambleyasında Fələstin Dövlətinin tanınmasına rəsmi çağırış edən birgə bəyanat imzalayıb.

Bundan əlavə, Portuqaliya hakimiyyəti sentyabrda Fələstin dövlətinin tanınması imkanını müzakirə etməyi planlaşdırır.

Məlum olduğu kimi, ötən həftə Fransa Fələstin dövlətini tanımaq niyyətində olduğunu açıqlayıb və "Yeddilər qrupu”nda bunu edən ilk ölkə olub. ABŞ dövlət katibi Marko Rubio bu planları sərt tənqid edib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr