AZ

Jurnalistikaya qəbul formatının dəyişməsinə ehtiyac var

Jurnalistika ixtisası üzrə magistratura pilləsində təhsil almaq istəyən namizədlər qabiliyyət imtahanı kimi müsahibə mərhələsindən keçirlər. Bu mərhələdə uğur qazananlar ixtisas seçimi üzrə müsabiqəyə buraxılır.

Lakin bakalavriat səviyyəsində vəziyyət fərqlidir. Belə ki, abituriyentlər jurnalistika ixtisasını seçmək üçün yalnız yazılı qabiliyyət imtahanı verirlər. 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti, jurnalist Rizvan Fikrətoğlu danışıb. 

165365Onun sözlərinə görə yazılı imtahanla abituriyentin jurnalist potensialını qiymətləndirmək yetərli hesab olunmur:

"Bu məsələdə jurnalistika qanununun dəyişən xarakterinə və müasir informasiya mühitinin tələblərinə uyğun olaraq tədris və qəbul prosesinin yenidən nəzərdən keçirilməsi zəruridir.

Ümumiyyətlə, jurnalistika qanununun təbiətində baş verən dəyişiklik nədir? Günümüzdə jurnalistika sadəcə yazı qabiliyyətindən ibarət deyil. Multimediya bacarıqları, şifahi nitq mədəniyyəti, kamera qarşısında çıxış vərdişi, sürətli reaksiya, kritik və analitik düşüncə jurnalistikanın peşə fəaliyyəti üçün əsas göstəricilərə çevrilir. Bu baxımdan yalnız yazılı imtahanla abituriyentin jurnalist potensialını qiymətləndirmək yetərli hesab olunmaya bilər".

Mövcud qabiliyyət imtahanında məhdudiyyətlər çoxdur

"Hazırda bakalavr səviyyəsinə təklif olunan yazılı qabiliyyət imtahanında daha çox abituriyentin dil və mətn qurma bacarığı ölçülür. Lakin şifahi bacarıqlar yəni canlı yayım, reportaj, müsahibə aparmaq, emosional sabitlik, stressə dözümlülük, aktual mövzulara baxış bucağı, tez analiz etmə bacarığı və etik davranış meyarlarına uyğunluq qiymətləndirilmir.

Ümumiyyətlə, müsahibə mərhələsinin tətbiqi niyə faydalı ola bilər? Əgər bakalavr səviyyəsində namizədlər müsahibədən keçirilirsə, bu mərhələ abituriyentin maraq və motivasiyasını müəyyən etməyə imkan verir. Eyni zamanda, danışıq mədəniyyəti, özünü ifadə qabiliyyəti və ictimai mövqeyi daha aydın görünə bilər. Həmçinin, gələcək jurnalistin sosial adekvatlığı və təhlil qabiliyyəti əvvəlcədən qiymətləndirilə bilər. Mən düşünürəm ki, peşəkar jurnalistlərin formalaşmasına töhfə vermək üçün iki mərhələli qəbul sistemi faydalı ola bilər.

Ümumiyyətlə, iki mərhələli model daha məqsədəuyğundur. Burada abituriyentin birinci mərhələsi indiki formada yazılı qabiliyyət imtahanı, ikinci mərhələdə isə seçici şifahi müsahibə olmalıdır. Bu mərhələdə abituriyentin dünya görüşü, hadisələrə yanaşma tərzi, şifahi nitq qabiliyyəti və kommunikasiya bacarıqları yoxlanılır".

Jurnalistika üzrə bakalavr pilləsinə qəbul zamanı yalnız yazılı deyil, həm də şifahi mərhələnin əlavə olunması zəruridir

"Bu model digər sahələrdə də mövcuddur  məsələn, teatr, musiqi və incəsənət kimi sahələrdə praktik bacarıqların əhəmiyyətinə diqqət yetirilir. Ümumiyyətlə, mən düşünürəm ki, jurnalistika üzrə bakalavr pilləsinə qəbul zamanı yalnız yazılı deyil, həm də şifahi mərhələnin əlavə olunması zəruri görünür. Bu, həm jurnalistika təhsilinin keyfiyyətini artırır, həm də tədrisə həqiqətən maraqlı və potensiallı gənclərin seçilməsinə imkan verir.

Yoxsa ki, məsələn, əvvəllər belə idi heç bir imtahan yox idi. Əvvəllər təhlil qabiliyyəti olmayan şəxslər də jurnalistikaya qəbul olunurdu. İndiki qabiliyyət imtahanı müəyyən qədər bunun qarşısını alır. Amma ümumilikdə düşünürəm ki, indiki qabiliyyət imtahanı da yetərli deyil. Çünki bu, əslində jurnalistikanın təbiətinə tam uyğun gəlməyən bir formattır. Ona görə də formatın dəyişməsinə ehtiyac var".

Seçilən
22
azedu.az

1Mənbələr