Rusiya neftini daşıyan ən azı dörd tanker Hindistanın qərb sahillərində qapalı qalıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, gecikməyə səbəb Hindistanın ABŞ və Avropa İttifaqının təzyiqləri fonunda Rusiya neftinin alınmasından ehtiyatlanmasıdır.
Sözügedən gəmilər Camnaqar yaxınlığında lövbər salmış icazəli “Axilles” və “Elita” gəmiləridir. Daha iki tanker, “Destan” və “Horae” dənizdə lövbər salıb.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp Rusiya neftinin alıcılarını yüksək idxal rüsumları ilə hədələdikdən sonra Yeni Dehli Hindistanın neft emalı zavodlarını digər ölkələrdən neft almaq planlarını hazırlamağa çağırıb.