AZ

Azərbaycan komandası Avropa birinciliyində üçüncü oldu

Azərbaycanın ağırlıqqaldırma üzrə komandası İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 Avropa birinciliyində üçüncü yeri tutub.

Bu barədə News24.az-a  Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitəmiqyaslı yarışda Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

Seçilən
49
3
news24.az

10Mənbələr