AZ

Tramp razılaşmanı 90 gün UZATDI

ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında etdiyi paylaşımda, Meksika Prezidenti Klaudia Şeinbaum ilə "çox uğurlu" telefon danışığı apardığını bildirib.

News24.az-ın məlumatına görə, Tramp qeyd edib ki, Meksika ilə razılaşmanın mürəkkəbliyi sərhəd problemləri və iqtisadi şəraitlə bağlıdır. Bu səbəbdən, əvvəlki qısa müddətli razılaşmanın şərtləri 90 gün müddətinə uzadılıb.

Yeni mərhələdə Meksika 25% fentanil, 25% avtomobil, 50% isə polad, alüminium və mis tariflərini ödəməyə davam edəcək. Tramp əlavə edib ki, Meksika eyni zamanda tariflərdən kənar ticarət maneələrini dərhal aradan qaldırmağa razılaşıb.

Növbəti 90 gün ərzində Meksika ilə danışıqlar davam etdiriləcək və bu müddət ərzində yeni ticarət sazişi imzalanması hədəflənir. Tramp, sərhəd təhlükəsizliyi sahəsində – o cümlədən narkotik maddələr, qanunsuz miqrasiya və narkotik şəbəkələrinə qarşı – əməkdaşlığın davam edəcəyini də vurğulayıb.

Xeyrənsə Piriyeva

Seçilən
43
1
news24.az

2Mənbələr