AZ

Türkiyənin Qaradəniz ölkələrinə ixracı 19 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyun ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 316 milyon 913 min dollar olub.

Bu barədə TurkicWorld - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,9 faiz artaraq, 19 milyard 775 milyon 106 min dollar olub.

“Bu ilin iyun ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 4 milyard 656 milyon 315 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyun aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 29 milyard 533 milyon 100 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 203 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyun ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,9 faiz artaraq 20 milyard 515 milyon dollar, idxalı isə 15,2 faiz artaraq 28 milyon 688 min dollar olub.

“Bu ilin yanvar – iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 312 milyard 253 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyun ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131 milyard 408 milyon dollara, idxalı isə 7,2 faiz artaraq 180 milyard 845 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Seçilən
9
5
turkic.world

5Mənbələr