“Mançester Yunayted” PSJ-nin hücumçusu Randal Kolo Muaninin transferini həyata keçirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, fransız futbolçu ilə İngiltərənin digər klubu “Nyukasl” da maraqlanır. Eyni zamanda, ötən mövsüm Muaninin icarə əsasında çıxış etdiyi “Yuventus” da onun transferi üçün təklif verməyə hazırdır.
Qeyd edək ki, 26 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Fərid Nəsibov