AZ

DOST Çağrı Mərkəzi 142 nin fəaliyyətinin 2 ili tamam olur

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Çağrı Mərkəzi 142-nin fəaliyyətə başlamasından 2 il ötür. “142” Çağrı Mərkəzinin bazasında, nazirlik və qurumlarının çağrı mərkəzlərinin vahid fəaliyyət istiqaməti üzrə inteqrasiyası əsasında yaradılan DOST Çağrı Mərkəzi 142 tərəfindən ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya, övladlığagötürmə və digər müvafiq sahələrə dair 1 milyon 624 min vətəndaş müraciəti cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, Çağrı Mərkəzinin fəaliyyəti son illər IVR (interaktiv səsli cavablandırma) sisteminin, həmçinin sosial bot, onlayn çat, əks əlaqə, SMS müraciətlər üzrə cavablandırmanın tətbiqi ilə əhəmiyyətli dərəcədə genişlənib.

Xidmət sahəsində innovativ həllərin geniş tətbiqinə xüsusi əhəmiyyət verən DOST Çağrı Mərkəzi 142 Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa üzrə Yaxşı Təcrübə Mükafatına layiq görülüb.

Bu il “CCW Excellence Awards 2025” müsabiqəsinin finalçılar siyahısında yer alan Çağrı Mərkəzi, həmçinin “Customer Contact Week Portfel” tərəfindən müvafiq sertifikatla təltif edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
3
azertag.az

4Mənbələr