Bir foto — bir hekayə
11 aprel 1945-ci il, Okinava sahilləri. Yaponiyanın intiharçı pilotu — kamikadze A6M “Zero” — ABŞ-ın nəhəng döyüş gəmisi “USS Missouri”yə doğru ölümcəsinə hücuma keçir. Dənizçilər saniyələrlə yarışır, silahlar qızır, gözlər göydədir. Sakit Okeanın dalğaları arasında bir anlıq susqunluq... və sonra zərbə.
Təyyarə gəminin əsas göyərtəsinin alt hissəsinə çırpılır. Dəhşətli partlayış gözləniləndən daha zəif olur. Gəmi cüzi zərər alır. Möcüzə nəticəsində heç bir dənizçi həlak olmur.
İki ay sonra — həmin bu gəmidə, “Missouri”də — Yaponiya rəsmiləri təslim sənədini imzalayacaq. Bu foto təkcə bir döyüşün yox, bir dövrün sükunətə doğru son iradəsini göstərir. Qəhrəmanlar sağ qaldı, tarix isə onların göyərtəsində yazıldı.
Gəmi daha sonra Koreya müharibəsində, 1991-ci ildə Fars Körfəzi əməliyyatlarında da iştirak etdi. 1992-ci ildə ehtiyata buraxıldı və indi muzey kimi fəaliyyət göstərir.
S.ELAY
XQ