AZ

Bu adanı ilanlar bürüdü

İspaniyanın məşhur istirahət adası Mallorca gözlənilməz təbiət təhlükəsi ilə üz-üzədir. Cənubi Avropa və Şimali Afrikaya məxsus olan atnalı ilanların (horseshoe snake) sayı adada sürətlə artır. Balear Adaları Universitetindən bioloq Samuel Pinya bildirib ki, “populyasiyanı azaltmaq üçün minlərlə, hətta on minlərlə tələyə ehtiyac var”.

News24.az xəbər verir ki, uzunluğu 170 sm-ə çatan və üzə bilən bu ilanlar adadakı yerli canlılara ciddi zərər verir. 

Ən çox zərər görən isə sargantana adlı yerli kərtənkələ növüdür. Onların bir çox bölgədə tamamilə yox olduğu bildirilir. Bioloqlar bu kərtənkələlərin ekosistemdə tozcuq daşıyıcı rol oynadığını və yox olmalarının təbiətdə gözlənilməz zəncirvari reaksiyalara səbəb ola biləcəyini deyirlər.

Mütəxəssislər təcili və genişmiqyaslı tədbirlər görülməsini, bioloji tarazlığın bərpası üçün addımlar atılmasını tələb edirlər.

Xeyrənsə Piriyeva

Seçilən
49
news24.az

1Mənbələr