"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari”, avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la görüşlərdə komandanı sınaqdan keçirəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.